Müştərilərin müraciətlərinə əsasən SIXT -in icarə xidmətləri haqqında məlumat verir, avtomobillərlə əlaqədar sualları ətraflı cavablandırır, taariflərin və xidmət haqqlarının tam başa düşülməsini təmin edir
Daxil olan rezervasiyaları qəbul edir, mümkün sualları cavablandırmaq üçün müştərilərlə əlaqə saxlayır
Müştərilərin ehtiyaclarına uyğun olaraq, kirayə və ya alqı -satqı müqavilələrini hazırlayır
Müştərilərlə telefonla və yaxud elektron yazışma vasitəsi ilə nəzakətli ünsiyyət qurur
Daxili proqramda icarə sorğuları üzrə əməliyyatları tamamlayır
Gündəlik ödənişlər üzrə hesabat hazırlayır, əlaqədar şöbələrə təqdim edir
Müştərilərə istiqamətlər, xəritələr, yerli ərazi məlumatları, müvafiq xidmətlər barədə və s. ilə məlumatları verməklə köməklik göstərmək;
İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etməli
Müştərilərlə bağlı bütün problemləri effektiv həll etmək
Avtomobillərin icarəsi , təhvil təslimi və s., sənədləri, icarə müqavilələrini hazırlayır, əlaqədar şöbələrlə qarşılıqlı əməkdaşlıq edir, məlumat mübadiləsi aparır
Vəzifəsindən irəli gələn digər tapşırıqları yerinə yetirir, müştəri xidməti qaydalarına ciddi riayyət edir
SIXT Azərbaycanı yüksək səviyyədə təmsil edir, müştərilərlə bütün vəziyyətlərdə yüksək xidməti göstərir, şirkətin maddı və mənəvi maraqlarını qoruyur