İşin təsviri
Vəzifə öhdəliyi:
- İstehsal proseslərində avadanlıqların proqram təminatına və proqramlaşdırılmasına nəzarət etmək;
- Elektron avadanlıqlara lazım olan elektron və nəzarət ölçü cihazlarının sifarişlərini Həyata keçirmək;
- Elektron avadanlıqlar və cihazları lazım olduqda yeniləmək;
- Məlumatların emalına və proqramlaşdırmanın hesablama texnikasının istifadə metodlarına aid olan rəhbər və normativ sənədləri bilməlidir;
- PLC və HMI -lərin proqram təminatlarına lazım gəldikdə müdaxilə etmə və yenidən proqramlaşdırma işləri.
- Texnoloji xətlərin avtomatikasına aid olan bütün hissələrin işlək vəziyyətdə olmasına cavabdehlik.
- Riskli hissələri və məsələləri diqqətdə saxlamaq.
- Ehtiyat hissələrinin idarə olunmasına diqqət yetirmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını bilməlidir;
- Müəssisədə yeni texnika və texnologiyaların mənimsənilməsi üçün tədbirlər görmək;
- Müəssisənin texniki avadanlıqlarının göstəricilərinin artırılması istiqamətində tədbirlər görmək;
- Yeni texnika və texnologiyaların araşdırılması, onların avtomatlaşdırılması barədə təkliflər vermək;
- Avtomatika və elektronika üzrə yeni normativlərin, qaydaların və sənədlərin hazırlanması üzrə təkliflər hazırlamaq və bu işlərdə iştirak etmək;
- Tabeliyində olan şöbənin işinə nəzarət etmək;
- Şirkətin Texniki İşlər üzrə proseslərinin idarə olunması.
Namizədə tələblər:
- Ali təhsil: Texniki sahə üzrə
- Avtomatika və NÖC üzrə minimum 5 il iş təcrübəsi
- PLC, HMI və SCADA ilə praktiki işləmə bacarığı.
- Analitik və məntiqi düşüncə
- Problemləri həll etmə bacarığı
- İdarə sxemlərini üzrə bilik;
- Texniki təhlükəsizlik qaydaları üzrə bilik;
- Tezlik çeviriciləri ilə təcrübə;
- Montaj və demontaj qaydalarını üzrə bilik;
- Alətlərdən istifadə qaydaları üzrə bilik;
- Elektrotexnikanın nəzəri əsasları üzrə bilik;
- Proqramlaşdırma texnikası ilə tanışlıq;
- Plataların təmiri üsulları üzrə təcrübəsi olması arzuolunandır.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq (Ştat cədvəli aralığında)
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Rəsmi əmək haqqı
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş avtomatik” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər