AML və Komplayns üzrə mütəxəssis

  • Invest AZ QSC
  • Elanın qoyulma tarixi: 19.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • ƏL/TMM sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: əla səviyyədə;
  • Müvafiq sahə üzrə sertifikatı olanlara üstünlük verilir (CAMS, CGSS və.s kimi sertifikatlar).

Səriştələr:

  • Operativ və düzgün qərar vermə qabiliyyəti;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə yazılı/şifahi təqdim etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələrin səbəblərinin araşdırılması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Daxili Nəzarət üzrə qaydalar, hesabatlar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsinə nəzarət;
  • Komplayens sahəsində daxili normativ sənədlərin işlənib hazırlanması və aktual saxlanılması prosesini təmin etmək;
  • Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
  • Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
  • ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün qaydaları hazırlamaq / inkişaf etdirmək;
  • Mərkəzi bank və MMX tərəfindən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
  • Şirkətin müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarına nəzarət etmək,
  • qanunvericiliyə uyğun olaraq müştəri eyniləşdirməsinin həyata keçirilməsinə nəzarət etmək;
  • Gündəlik əsasda əməliyyatların ƏL/TMM sistem təminatı vasitəsi ilə monitorinq və idarə edilməsini təmin etmək.

Təklif edirik:

  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Nahar;
  • Könüllü tibbi sığorta.

İşəgötürənin reytinqi