Biznesin inkişafı idarəsinin Marketinq və satışın təşkili şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 27.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı:  (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)

Qeyd 1 : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı ödənilməklə (670 AZN) stajçı mütəxəssis götürülə bilər.

Qeyd 2 : Azərbaycan Respublikasının iri şirkətlərində (rabitə-telekommunikasiya, energetika və s.) iş təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Bakı

Namizədə dair tələblər:
       
 Ali magistr təhsili ;
 Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
 Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
 Analitik düşünmə qabiliyyəti;
 Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
 Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və uyğun olaraq istifadə bacarıqları;
 Təqdimat bacarığı:
 Marketinq planlaşdırma bilikləri;
 Marketinq auditin təşkili üzrə biliklər;
 Marketinq informasiya sistemləri;
 Məhsulların yaradılması, məhsul konseptlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
 Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
 Azərbaycan dilini müəkəmməl səviyyədə bilmək ( rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)

İşin təsviri:

 Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
 İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək;
 Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
 Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli;
 Müştəri seqmentləri üzrə məlumatları toplamalı və ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli;  Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
 Marketinq planlarının icrası zamanı performans qiymətləndirmələri üçün informasiyaların əldə edilməsinə dəstək göstərmək;
 Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün digər şöbələri lazımı informasiyalar və təkliflərlə təmin etmək;
 Servis sisteminin qiymətləndirilməsi və paylama kanallarının keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalında dəstək göstərilməsi;
 Xidmət standartlarının ölçülməsi və qiymətləndirilməsində dəstəyin göstərilməsi:

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

İşəgötürənin reytinqi