ERP/MRP üzrə Mütəxəssis
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.
Azərsun Holdinq “ERP/MRP üzrə Mütəxəssis” vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.
İş haqqında məlumat:
- ERP/MRP Proqramlarının dəstəyi, programın modullarının fabrik, xidmət sahələrinə tətbiqi və çıxan problemlərin tez bir zamanda həll olunması;
- UNITY-nin (ERP -prg) modullarına əlavə menu-ların və form-ların tətbiq edilməsi (Logo Object Designer – da işləmə bacarığı )
Əsas tələblər:
- Sənaye mühəndisliyi, Menecment və ya bənzər sahələrdə ali təhsil;
- ERP, MRP sahəsində praktik təcrübəsi olan və ERP layihələrində iştirak etmiş şəxslər;
- Müvafiq sahədən ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);
- Proses analizləri sahəsində işləmiş, proseslərin gedişatını dəyişmə mövzusunda bacarığı olan şəxslər;
- Maliyyə, mühasibə, satış, tədarük, istehsal, logistika, planlama və keyfiyyət prosesslərindən məlumatlı olmalı;
- UNITY sistemlərində işləmiş, sistemin idarəsinə, proseslərin sistemdə tərtib və çalışmasına hakim olmalı;
- 1C, Mikro, SAP, IFS ve s. ERP proqramlarını bilənlərə üstünlük verilir;
- Alqoritmik düşüncə qabiliyyəti;
- Database biliyi olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 25.05.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“ERP/MRP üzrə Mütəxəssis”) qeyd olunmalıdır.
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.