ERP üzrə mütəxəssis (SAP MRP Modulu)

İşin təsviri

Təsvir

  • ERP-MRP modulu üzrə işləri və tapşırıqları həyata keçiririr;
  • MRP modulu ilə bağlı fəaliyyətdə komanda üzvlərinə və istifadəçilərə dəstək göstərir;
  • Əsas məlumatları hazırlayır, modul sınaq planlarını müzakirə edir və razılaşdırır;
  • Sistemlərin tətbiqi, məlumatların toplanması, məlumatların bütövlüyü və inteqrasiyası üzrə komanda üzvlərinə dəstək verir;
  • Metodologiyanın, planın, sistemin inteqrasiyası, sınaq prosesinin və yekun sənədlərin hazırlanmasında iştirak edir;
  • Son istifadəçilər tərəfindən tələb edilən ERP-MRP prosesinin texniki məlumatlarının saxlanmasını və verilməsini təmin edir;
  • Modulun icrası prosesinin bütün mərhələlərində dəstək göstərir, həmçinin son istifadəçilərin öyrədilməsinə və istifadəçi təlimatları ilə təmin edilməsinə cavabdehdir;
  • Vəzifəsi ilə bağlı digər funksiyaları icra edir.

Əmək şəraiti

  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır;
  • İşə qəbul edilən namizədlə əmək müqaviləsi bağlanır.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, sənaye mühəndisliyi, sistem mühəndisliyi və digər əlaqəli sahələr);
  • Azərbaycan və İngilis dillərini bilməsi zəruridir;
  • Texniki terminləri İngilis dilindən Azərbaycan dilinə tərcümə etmək bacarığı;
  • ERP sistemləri sahəsində təcrübə;
  • İstifadəçilərə tam dəstəyin göstərilməsi təcrübəsi;
  • Neft sənayesinin proseslərini, məhsullarını və konsepsiyalarını bilməsi arzuolunandır;
  • Yeni və dəyişən MRP tələblərini toplamaq üçün bir çox tərəflərlə işləmək bacarığı;
  • Müxtəlif ERP modullarının MRP və digər modullarla inteqrasiyasını bilməlidir.