Baş mühasib

  • Askona
  • Elanın qoyulma tarixi: 12.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr) 
  • Təcrübə: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı (Satış sektorunda azı 3 il təcrübə mütləqdir).
  • Dil bilikləri: Azərbaycan və Rus dilini səlis bilməli
  • Kompüter bilikləri: Ofis proqramları və 1C əla səviyyədə;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
  • Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
  • Yaş: 30-45

Vəzifələr:

  • Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək
  • Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək
  • Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına  nəzarəti icra edir;
  • ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir.
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
  • Xarici və daxili audit yoxlamalrının həyata keçirilməsi üçün tələb olunan işlərin yerinə yetirilməsi;
  • Gənc komanda üzvlərinə nəzarət və onlara mentorluq etmək;
  • Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 2500-3500  AZN Müsahibə əsasında müəyyən ediləcək. 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə email ünvanına göndərmələri xahiş olunur.