İşin təsviri
Vəzifə öhdəlikləri:
- Korporativ əməkdaşlıq çərçivəsində müvafiq müqavilələrin hazırlanması və sistemə əlavə edilməsi;
- Müvafiq sənədlərin arxivləşdirilməsi;
- Hüquq şöbəsindən yeni müqavilələrə dair rəy alınması;
- Müştərilərə müvafiq sənədlərin ünvanlanması;
- Müştəri tərəfindən tələb olunan müvafiq sənədlərin tərtib və təmin olunması (prekvalifikasiya forması, qiymətləndirmə forması və s.);
- Məhsulun geri qaytarma və dəyişdirmə halları olduğu təqdirdə həllinin təmin olunması;
- Servis və çatdırılma proseslərinə nəzarətin həyata keçirilməsi;
- Tenderdə iştirak üçün zəruri sənədlərin təmin olunması;
- Zəmanət talonların hazır edilməsi;
- Müştərilərə “soyuq” zənglərin edilməsinin icrası;
- Mağazalarla məhsulların mövcudluğunun araşdırılması;
- Müştərilərlə satışın stimullaşdırılması və müştəri məmnuniyətinin ölçülməsi məqsədi ilə telefon zənglərinin həyata keçirilməsi;
- Müştəri borcları üzrə məlumatların təmin olunması və müqavilənin tələblərindən irəli gələn maliyyə sənədlərinin Maliyyə departamentinə təqdim edilməsi (Hesab-faktura, qaimə-faktura);
- KPI tələblərə uyğun gündəlik digər işlərin icra olunması;
- Daxili CRM sisteminə nəzarət edilməsi;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
- Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər:
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək;
- Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- Stresə davamlı olmaq;
- İnkişafa meylli olmaq;
- Təşəbbüskar olmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək;
İş şəraiti:
- İş yeri: Baş ofis
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.