İşin təsviri
Türkiyənin İzmir markası olan Pizza Local Baku 5 ildir ki Bakıda xidmət göstərir. 2 filialı fəaliyyət göstərir: Xəqani filialı və 6cı paralel.Pizza Locale Baku 6cı paralel filialına administrator vəzifəsi üzrə vakansiya elan edir.
İş Barədə məlumat:
- Filialın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün qaydada yerinə yetirməsini təmin etmək, işlərinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Filial üzrə xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət və təmin etmək.
- Filialın satış planının icrasını təmin etmək.
- Müştəri şikayətlərinin peşəkar şəkildə həll olunması
- Müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək və digər işçi heyətini buna təşviq etmək,
- Restoran işçilərinin bacarıqlarını artırmaq üçün təlim proqramları hazırlamaq və həyata keçirmək;
- Komanda şəklində işləməyi bacarmalı
- Satışların artırılması məqsədi ilə təkliflərin verilməsi
Tələblər:
- Ali təhsilli
- Azərbaycan, rus dili (mütləq), ingilis dili (arzu olunandır)
- Kiş / qadın, 25-35 yaş
- Müvafiq sahə üzrə geniş biliklərə malik olmalı;
- Administratorvəzifəsində ən azı 3-5 il iş təcrübəsi olmalı;
- Restoran biznesi üzrə trendləri bilməsi vacibdir;
- Çevik, təşəbbüskar, effektiv qərarlar qəbul etməyi bacarmalı;
- Kommunikasiya bacarıqları, yaradıcı olmalı;
- Güclü ünsiyyət və idarəetmə bacarıqları
- Sürətli, dinamik bir mühitdə işləmə qabiliyyəti
- Qonaqlar və eyni zamanda həmkarlarla sıx əlaqələri qurmaq bacarığı olmalıdır
İş şəraiti:
- Qrafik: 12:00-22:00, 6gün (1 gün istirahət)
- Əmək haqq: 1500 AZN
CV məlumatlarınızı [email protected] meil ünvanına “Administrator” başlığı ilə göndərə bilərsiniz.