İşin təsviri
Tələblər:
- Ali iqtisadi təhsil
- Müvafiq sahədə 5 ildən az olmayan iş stajı
- Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s),
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
- Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı
Vəzifə öhdəlikləri:
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
- Daxili nəzarət sistemlərinin effektivliyinin, uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
- Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması.
- Referent siyahıya daxil edilmiş qiymətlərin 1C proqramına daxil edilməsi və yoxlanılması
- Apteklərin yerlərdə audit yoxlamasının təşkili, ümumi dövriyyənin şirkət tələblərinə uyğun olub olmamasının yoxlanılması
- Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması
- Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
- Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili
- Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması
- Anbarlar üzrə sayım-təftiş yoxlamalarının təşkili və həyata keçirilməsinə nəzarət edilməsi
- Departament rəhbərinin tapşırıqlarına əsasən struktur bölmələr üzrə yoxlamaların təşkili və həyata keçirilməsi
- Apteklərin cari mal, vergi borclarının təhlilinə nəzarət edilməsi
- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası zəruri olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin təmin edilməsi
- Auditin nəticələri, onların icra müddəti ərzində müvafiq hesabatların tərtib edilməsi
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi elektron ünvana göndərməyiniz xahiş olunur.