İşin təsviri
İşin təsviri:
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
- Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
- Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
- Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
- Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Cins: kişi;
- Yaş həddi: 30-50;
- Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 il;
- Dil bilikləri: Azərbaycan dili (əla), inigilis və rus dilləri (yaxşı);
- Kompüter bilikləri: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
- Ezamiyyətə hazır olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
İş şəraiti:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- Rabitə xərci şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Texniki nəzarət üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 414 43 34