İşin təsviri
Əmək funksiyası:
- Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
- Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq:
- Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
- Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
- Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
- Əmək haqqı – 1500 azn +
- Şirkət tərəfindən naharla təmin olunma
- Dəyişən iş qrafiki
- Şəhərin mərkəzində yerləşən iş yeri – HAPPY MOONS Restoran
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi – 1- 3 il
- Son dərəcə məsuliyyətli olmaq.
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq
Tələblərə uyğun namizədlər öz CV-lərini qeyd olunan ünvana yaxınlaşaraq təqdim edə və ya mail adresinə göndərə bilərlər.