Data analitika şöbəsinə böyük məsləhətçi

İşin təsviri

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (texniki ixtisaslar üzrə)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • SQL, Python, R üzrə biliklərin olması arzuolunandır
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə

Bacarıqlara dair tələblər: 

  • Analitik düşünmə qabiliyyəti 
  • Problemi təhlil etmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Nəticəyönümlülük
  • Ünsiyyət qabiliyyəti
  • Stressə davamlılıq
  • Təqdimat bacarığı
  • Məsuliyyətlilik
  • Dəqiqlik İntizamlılıq.

İşin təsviri:

  • Böyük həcmli məlumatların təmizlənməsi, vizuallaşdırılması və təhlili ilə bağlı bütün mərhələlərin idarə edilməsi; 
  • Statistik və analitik hesabatların hazırlanması;
  • Hazırlanmış hesabatların dəyərləndirilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
  • Yeni fərziyyələrin formalaşdırılması və riyazi üsullar ilə onların yoxlanması;
  • Qurumun müxtəlif biznes funksiyaları ilə tələblərə uyğun sıx əməkdaşlıq edilməsi;
  • Toplanan məlumatların keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;
  • Səlahiyyətləri çərçivəsində vətəndaşlardan, hüquqi şəxslərdən, idarə və təşkilatlardan daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması; 
  • Texniki və funksional arayışların hazırlanması;
  • Hazırlanan hesabatların və təhlillərin təqdimatının edilməsi.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Data analitika şöbəsi - böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 20 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.