Elektrik

İşin təsviri

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali və ya orta texniki təhsil (elektrik ixtisası üzrə)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Sahə üzrə müvafiq sertifikat
  • Texniki təhlükəsizlik qaydalarını bilməli
  • Elektrik sxemlərini oxumağı bacarmalı

İşin təsviri:

  • İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi
  • Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi
  • Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi
  • Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi
  • İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi
  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV və sertifikat e-mail ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Elektrik” qeyd olunmalıdır
  • CV-lər 11 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.