Şourum meneceri

İşin təsviri

Vəzifənin adı:  Şourum meneceri
 
İşəgötürən:  Lyuks mebel və ev aksesuarları şourumu

İş yeri:   Bakı şəhəri (mərkəz)

Maaş:   ortalama 2000 AZN + satışdan bonus

Tələblər:

Pərakəndə mebel satışı sahəsində 5 il təcrübə
Rusca və ingiliscə səlis danışıq qabiliyyəti (İtalyan dilini bilənlərə üstünlük veriləcək)
Rəhbər vəzifədə təcrübə
Microsoft office proqramlarında işləmək qabiliyyəti
CAD proqramında işləmək qabiliyyəti olanlara üstünlük veriləcək

Əsas Funksiyalar:

1. Şourumda gündəlik işin təşkili
2. Şourumdakı digər işçilər arasında iş bölgüsünün edilməsi və işə nəzarət
3. İşçilərin təlimlərinin təşkili
4. Dizayner, memar və digər fərdi müştərilərlə əlaqələrin qurulması və malların tanıdılması
5. Şourumun, markanın tələblərinə uyğun yüksək səviyyədə saxlanılması
6. Marketinq fəaliyyətinin istehsalçı şirkətin marketinq qrupu ilə əlaqəli şəkildə təşkili
7. Aylıq və illik satış hədəflərinin əldə edilməsi
8. Ehtiyac olduğu təqdirdə müştərilərə yerində müştəri xidmətləri dəstəyinin göstərilməsi
9. Ayrılmış büdcə daxilində inzibati işlərin təşkili

Xahiş olunur şəkilli CV-lərinizi 30 aprel 2014 tarixinədək, e-poçtun “subject” hissəsində “Şourum meneceri vəzifəsinə” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Lyuks mebel və ev aksesuarları şourumu tərəfindən digər vakansiyalar