Mühəndis

İşin təsviri

 Namizədə tələblər / Bilik və bacarıqlar:

  • Texniki sahə üzrə ali təhsil ( Hidravlika üzrə, maşınqayırma texnologiyaları, cihazqayırma mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, mexanika mühəndisliyi kimi ixtisaslar üstünlükdür)
  • Texniki sahə üzrə təcrübə (xüsusən hidravlika üzrə)
  • İngilis dili (orta və ya yüksək səviyyədə)

Nəyi bilməlidir:

  • Ölçmələrin , müşahidələrin və eksperimentlərin aparılması texnikasını , nəzarət ölçü cihazlarını və onlardan istifadə qaydalarını;
  • Hidravlik avadanlıqların  (istifadə olunan avadanlığın) texniki və konstruktiv xüsusiyyətlərini , təyinatını , işləmə prinsipini və istismar qaydalarını;
  • Avadanlıqların parametrləriini , iş rejiminin xüsusiyyətlərini ;
  • Müşahidə metodlarını və defektin aşkar edilməsi qaydalarını ;
  • Ölçmə metodlarını və texniki hesablamarın qrafiki və hesablama işləinin aparılması vasitələrini ;
  • Hidravlika üzrə nəzəri bilikləri , terminləri , prosesləri ;
  • Boruların və şlanqların test olunması qaydaları ;
  • Boruların və şlanqların yuyulması qayda və prinsiplərini ;
  • Şlanqların hazırlanması və boruların başlıqlarına qayka və üzüklərin taxılması qaydalarını ;
  • Hidravlik avadanlıqların ( silindir, qoruyucu klapan , tərs klapan ,idarəolunan tərs klapan, diyircəkli və iynəli klapan , istiqamətləndirici klapan,kontur balans klapan, təzyiq açarları, borular yuyulandan sonra yağın təmizlik dərəcəsini təyin edən NAS aparatı ) işləmə prinsiplərini və sökülüb yığılma qaydalarını;
  • Boruların , fittinqlərin , şlanqların və şlanq başlıqlarının növlərini ,təzyiqə görə təyin olunma qaydalarını və təyinatı üzrə işləmə yerlərini ;
  • Təmir olunmuş , yeni hazırlanmış avadanlıqların test birkalarının vurulması və onların sifarişçiyə göndərilməsi üçün hazırlanması və qablaşdırılması qaydalarını ;
  • Hidravlik şlanqların, turbaların ,klapanların , silindirlərin, motorların təmiri və təzyiq sınağını ;
  • Filter texnologiyalarını.

İş barədə məlumat:

  • Layihələrdə işlənəcək materialların siyahısını hazırlamaq ;
  • Servisə gələn avadanlıqların yoxlanmasını və onlara təmir,xidmət, test işlərini həyata keçirmək , təşkil etmək ;
  • Avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək ;
  • Qüsur aktları və sertifikatların düzgünlüyünün yoxlanılmasını həyata keçirmək ;
  • Avadanlıqların və xidmət işlərinin keyfiyyətli və düzgün yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək . 

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi , 17-ci km 

5 günlük iş rejimi (Şənbə / Bazar istirahət)

İş saatları : 08:00 - 17:00

Nahar fasiləsi : 12:00 - 13:00

Əmək haqqı müsahibə əsasında namizədin bilik , bacarıq və təcrübəsinə əsasən təyin olunacaq

Zəhmət olmasa e-mail vasitəsi ilə müraciət edin. CV-nizi göndərərkən başlıq hissəsində "Mühəndis" yazmağınız xahiş olunur.

Hidroservice Engineering LLC tərəfindən digər vakansiyalar