Katib-referent

  • Bank
  • Elanın qoyulma tarixi: 07.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Katib-referent

 Direktorun ümumi iş qrafikini tərtib edir, qəbul vaxtlarını, cari və rəsmi görüşlərini təşkil edir;
 Direktora ünvanlanmış şikayət və təkliflərin ümumiləşdirilməsini və rəhbərliyə çatdırılmasını təmin edir;
 Direktorun kənardan daxil olan və kənara istiqamətlənən telefon zənglərini əlaqələndirir və təşkil edir;
 Ümumi xətlə daxil olan telefon zənglərinə cavab verir və müvafiq əməkdaşlara yönləndirir;
 Direktorun mətbuat konfranslarının və brifinqlərinin təşkili ilə bağlı aidiyyəti işləri görür.
 Yerli və xarici qəzetlərə abunə yazılışı işini təşkil edir.
 Rəhbərliyin ehtiyacları üzrə büdcə xərclərinin müəyyən edilməsi və büdcənin tərtib olunmasında iştirak edir;
 Rəhbərliyin ezamiyyələrinin təşkili ilə bağlı zəruri işləri görür;
 Humanitar və ya idarəetmə ixtisaslarından biri üzrə ali təhsilə malik olmalı;
 İnzibati idarəetmə və ya müştəriyə xidmət yönümlü fəaliyyət sahəsində 1 illik iş təcrübəsinə malik olmalı
 Azərbaycan, ingilis və rus dillərini sərbəst bilməli;
 Kompüter proqramlarını (MS office) bilməli.

Şəxsi keyfiyyətlərə dair tələblər:

 Yaxşı səviyyədə şifahi və yazılı kommunikasiya qabiliyyətinə malik olmaq;
 Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq;
 Operativlik və gərgin iş rejimində işləmək;
 Vaxtı düzgün planlaşdırmaq və idarəetmək;
 İcra müddətlərinə dair məsuliyyətli olmaq;
 Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək.
 Təşəbbüskarlıq və novatorluq.
 İş rejimi : 7/5 9:00-18:00
 Əmək haqqı  net 650 azn

Mövzu adı qeyd etməklə Cv-lərinizi [email protected]  ünvanına göndərə bilərsiniz