İşin təsviri
Öhdəliklər:
- Eskiz və işçi layihələrinin hazırlanması;
- Baş planların hazırlanması;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması;
- İlkin eskizin/cizginin hazırlanması;
- Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.
Əmək şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi, ( 6 – cı gün yarım gün)
- İş vaxtı saat 10.00-19.00-dək
- Əmək Haqqı 1200-1600 ( İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək).
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 3 ildən çox iş
- AutoCAD, 3DSmax , Photoshop
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
Xahiş olunur şəkilli CV-ləri və PORTFOLIO e-mail ünvanına göndərin.