Xaricdə təhsil üzrə mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Potensial müşdəri namizədlərinin tapılması və hər biri ilə detallı konsultasiyaların təşkili.
  • Tələbənin akademik göstəricilərinə əsasən yol xəritəsinin çəkilməsi.
  • Bu yol xəritəsi daxilində, tələbənin göstəricilərinə real olaraq uyğun olan universitet və təqaüd proqramlarının araşdırılıb, tələbəyə təqdim edilməsi.
  • Universitet və təqaüd proqramlarına müraciətlərin edilməsi, qəbulların alınması.
  • Müraciət zamanı referans və motivasiya məktublarının yazılması 
  • Yataqxana tapılması, viza prosesi ilə bağlı dəstəyin göstərilməsi. 
  • Xarici universitetlər, məktəb proqramları, yay-qış proqramları, dil kursları haqqında araşdırmalar edilməsi
  • Xarici universitetlər ilə partnyorluq əlaqələrinin müntəzəm inkişafı. 

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə satış edə bilmək bacarığı ilk öncəlikdir. 
  • Punktual, detallara əhəmiyyət verən, məsuliyyətli olmaq.
  • Minimum B1 2 səviyyədə ingilis dili bacarıqlarına hakim olmaq.
  • MC Office proqramlarına tam hakim olmaq.
  • Axtarış motorlarından səmərəli istifadə edə bilmək.
  • Akademik yazı bacarıqlarına sahib olması.

Şərtlər:

  • Aylıq fiks maaş və əlaqə olaraq bonuslar ilə göstərilən əməyin və efortun eksiksiz qarşılığı veriləcək.
  • Əmək haqqı sizin vəd etdikləriniz və təcrübəniz əsasında razılaşma yolu ilə həll olunacaq.
  • İş cədvəli: 1-6cı günlər 10.00-19.00.
  • Ünvan: İçərişəhər metrosu yaxınlığında.

Müraciət etmə üsulu:

CV-lərinizi [email protected] mail adresinə "Xaricdə təhsil mütəxəssisi" başlığı ilə göndərməyiniz xahiş olunur. CV-si uyğun olan namizədlər ilə əlaqə saxlanılaraq, intervyu mərhələsinə dəvət ediləcəklər.