Kiçik mühasib

İşin təsviri

İş barədə məlumat:

  • İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
  • Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
  • Dövlət orqanları ilə yazışmaların aparılması.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibat müxabirləşmələri mükəmməl bilən
  • Mühasibatlıq üzrə 1 ildən artıq iş təcrübəsi;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə günü: 09:00-13:00-dək)
  • Əmək haqqı 500-800 AZN (Müsabiqə əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kiçik Mühasib” yazaraq e-mail göndərilməsi xahiş olunur.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar