Memar

  • Akad Group
  • Elanın qoyulma tarixi: 13.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihənin başdan sona qədər idarə edilməsinə cavabdehdir. 
  • Layihənin vaxtında, büdcə çərçivəsində və Rəhbərliyin istəyinə uyğun həyata keçirilməsinə nəzarət edilməsi.
  • İlkin eskizin/cizginin hazırlanması.
  • Tikililərin daxili interyerlərinin funksionallığı və keyfiyyəti ilə bağlı problemlərin müəyyən edilməsi və onların ən yaxşı həll üsullarının tapılması, zəruri planlar, layihələr və çertyojların hazırlaması; 
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
  • Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamaların aparılması.
  • Dizayn prosesi boyunca dizayn qrupuna istiqamət verilməsi və onlara rəhbərlik edilməsi. 
  • Dizaynların müştərinin istəklərinə cavab verməsini, funksional və estetik baxımdan xoş olmasının təmin edilməsi.
  • Dizaynların tikinti qaydalarına və mövcud qanunvericiliyə uyğun olmasının təmin edilməsi. 
  • İşçi heyətinin təlimatlandırılması və layihələrin yerinə yetirilməsi üçün səmərəli işləmələrinin təmin edilməsi.
  • Tikintinin planlaşdırıldığı kimi getdiyinə əmin olmaq və tikinti mərhələsində yaranan hər hansı problemi həll etmək üçün əraziyə səfərlər edilməsi

Namizədə tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Memar olaraq 3 ildən çox iş təcrübəsi 
  • AutoCAD proqramından yüksək istifadə bacarıqları və Excel, 3D Max, Photoshop kimi aidiyyəti kompüter proqramları ilə işləmək bacarığı;
  • Rus dilində sərbəst danışmaq, ingilis dili bilməsi üstünlükdür;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

  • Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli.
  • Həftə içi - 5 iş günü saat 09:00-dan -19:00-dək.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • 3 ay sınaq müddəti.
  • Əmək haqqı təcrübəsinə əsasən razılaşma yolu ilə.

Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Memar” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

Akad Group tərəfindən digər vakansiyalar