Cost Controller

  • Coffeemania
  • Elanın qoyulma tarixi: 11.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Büdcənin hazırlanması və monitorinqi, xərclərə nəzarət edərək şirkət büdcələrini hazırlanmasl və onlara nəzarət edilməsi
  • Xərclərin İzlənməsi üçün sistemlərin yaradılması
  • Maliyyə məlumatlarının təhlili və zəif nöqtələrin müəyyən edilməsi
  • Xərclərin azaldılması ilə bağlı strategiyaların hazırlanması və rəhbərlik heyətinə tövsiyələrin verilməsi
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliklə paylaşılması
  • Restoranın xərclərinə nəzarəti təmin etmək üçün inventarların izlənməsi və idarə edilməsi
  • Məhsuldarlığın İdarə Edilməsi vasitəsilə stok tələblərinin analizi
  • Porsiyalara nəzarət vasitəsilə artıq qalıqların  nəzarəti
  • Büdcəyə  nəzarət
  • Manual proseslərin avtomatlaşdırılması
  • İşçi performasının qiymətləndiriləsi. Səmərəliliyi artırmaq üçün personalın fəaliyyətini qiymətləndirmək
  • Daxili oğurluq və zərərlərə nəzarət edilməsi
  • Günlük və həftəlik hesabat, restoran xərclərinə nəzarət etmək üçün gündəlik, həftəlik və aylıq hesabatların tədim edilməsi
  • Xammal keyfiyyətinin izlənilməsi və idarə edilməsi

Namizəd tələbləri:

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi, restoran sahəsində təcrübə üstünlükdür
  • Ali təhsil (Maliyyə, Mühasibat, Audit üzrə və ya bunlara uyğun ixtisaslar üzrə təhsilli olması arzuolunandır)
  • MS Office proqramlarından istifadə 
  • Məntiqi və analitik düşüncə tərzi
  • Reseptlərin hesablanması və maya dəyərinin təhlili haqqında bilik
  • İnventar sistemlərindən istifadə edə bilmə bacarığı
  • Büdcə prosedurlarından məlumatlı olmalı
  • Detallara qarşı diqqətli olma

Əlavə təminatlar:

  • Nahar
  • Korporativ nömrə
  • Əmək haqqı razılaşma əsasında
  • İş qrafiki: Bazar ertəsi-Şənbə (Şənbə günü qısaldılmış iş günü)

Coffeemania tərəfindən digər vakansiyalar