Növbə rəhbəri

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 11.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Pizza Mizza MMC ailəsi olaraq, restoranlarımızın gündəlik əməliyyatlarını idarə edəcək, işçi heyətinin təlim və inkişafını təmin edəcək və müştəri məmnuniyyətini artıracaq Növbə Rəhbəri axtarır. Bu vəzifə restoranın işini səmərəli təşkil etmək, şirkətin satış hədəflərinə çatmaq və mükəmməl müştəri xidməti göstərmək üçün vacib rol oynayır. Növbə Rəhbəri, həmçinin işçi heyətinin təlim və inkişafını təmin edəcək və onların səmərəli işləməsini təmin edəcəkdir.

Vəzifələr:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
  • Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
  • Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək.
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək.
  • Restoranın satış planının icrasını təmin etmək.
  • Müştəri məmnuniyyəti üçün çalışmaq.
  • Sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
  • SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək.
  • Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək.
  • Restoranın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq.
  • Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
  • İşçi heyətinin təlim və inkişafını təmin etmək.

Tələblər:

  • Müvafiq sahədə (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
  • Yaş 20-35
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • Güclü liderlik və idarəetmə bacarıqları
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmalı
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti olmalı
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı

İş şəraiti:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Karyera inkişafı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 6 günlük iş rejimi
  • Nahar şirkət tərəfindən təqdim edilir
  • Əmək haqqı 850-1100 azn
  • Müxtəlif qrafiklə iş
  • Müxtəlif filiallarda iş
  • Əlavə iş saatı ödənilməsi

Əlaqə: +994502917735

Email: [email protected]