Beton Zavodu – Operator

İşin təsviri

İş yeri: Ağdam Rayonu ( Ağdam Sənaye Parkı)

  • Beton zavodda hazır beton istehsalının həyata keçirilməsi, daşınmasının idarə edilməsi və xammal təchizatının təşkil etmək,
  • Beton zavodda təmir işlərində dəstəkçi olmaq,
  • Beton zavodun istehsal güclərinə və səmərəlilik parametrlərinə mütəmadi olaraq nəzarət etmək,
  • Beton zavodun ehtiyaclarına uyğun maşın və avadanlıqların tədarükü və obyektin revizyon ehtiyaclarına uyğun olaraq təsdiq edilmiş fəaliyyətləri həyata keçirmək
  • Beton zavodda gündəlik, həftəlik və aylıq yoxlama siyahısına uyğun olaraq dövri texniki yoxlama aparmaq.
  • Hər cür nasazlıqlar barədə hesabatları aparmaq və hesabatın nəticəsini rəhbərə bildirmək.
  • Baxım-yoxlama vərəqəsinin nəticələrini rəhbərinə bildirmək.
  • Gündəlik istehsal vəziyyətinə və sifarişlərə uyğun proqramı müəyyən etmək.
  • İşin intensivliyinə görə nəqliyyat vasitələrinin və avadanlıqların sayını müəyyən etmək.
  • Daxil olan xammalları gündəlik olaraq vizual və uyğun labaratoriya avadanlıqları ilə keyfiyyətini yoxlamaq.
  • Çatdırılma qaiməsi üzərində faktura məlumatları, beton sinif və dozası, istinad nömrələri və s yoxlamaq.
  • Lazımi ehtiyat hissələrinin texniki xidmət qeydlərinə uyğun olaraq sifariş edilməsini tələb etmək.

Ümumi tələblər: 

  • İnşaat üzrə ali və ya peşə təhsilli olmalı
  • Mexanika, elektrik və avtomatika sahəsində bilik və təcrübəyə sahib olmalı
  • MS Office əlaqədar proqramları bilməli
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi sahib olmalı
  • Komanda işinə meylli, nəticəyönümlü və analitik düşünən olmalı

İş Şərtləri:

  • Həftədə 6 iş günü;
  • İş saatları: 08:00-18:00;
  • Yaşayış yeri Ağdam ərazisində olmayanlar üçün kampda qalmaq və yemək (3 dəfə) şirkət tərəfindən təmin olunacaqdır;
  • Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir

Vakansiyaya müraciət üçün CV-nizi “İnşaat Mühəndisi" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.