İşin təsviri
Vəzifə öhdəlikləri:
- Verilmiş təlimatlar və təqdim olunan informasiya əsasında qrafik dizayn işlərini icra etmək;
- Sosial media postları, reklamları, veb-saytları və digər platforması üçün kreativ dizayn və qrafik işlərinin tətbiq olunması;
- Rəqəmsal bannerlərin dizayn və adaptasiya edilməsi;
- Aparılan işlər üzrə hesabatlar hazırlamaq.
Namizədə olan tələblər:
- Qrafik dizayn sahəsində minimum 1-2 illik iş təcrübəsi;
- Yüksək səviyyədə Adobe Creative Suite (Illustrator, Photoshop, InDesign) və digər bənzər alətlər ilə işləmək bacarığı;
- Reklam və çap materiallarının istifadə qaydası üzrə biliklər;
- Kreativlik və detallara diqqətli olmaq.
- Video və motion biliklərin olması üstünlükdür
Uyğun namizədlər CV-lərini və portfolyolarını mail adresinə “Dizayner” başlığı altında göndərə bilərlər.