İşin təsviri
İş haqqında məlumat:
- İşçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, başqa işə keçirilməsi, işdən azad olunması, əmək haqqı və iş rejimi dəyişikliyi və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
- Əmək müqavilələrinin hazırlanması;
- EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
- İşçilərin əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyət, əmək və məzuniyyət və s. üzrə əmrlərin sistemə daxil edilməsi, qeydiyyatının aparılması;
- Əmək kitabçalarının qəbulu, əmrlər əsasında doldurulması, müvafiq dəyişikliklərin aparılması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;
Tələblər:
- Təhsil : Ali
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- MS Office proqramında işləmək bacarığı, o cümlədən Excel bilikləri;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi və Vergi Məcəllələrini bilməli;
- İş təcrübəsi : 5 il ( kadrlar sahəsində 50+ sayda işçi heyəti ilə iş təcrübəsi mütləqdir )
- Yaş həddi : 35 yaş və üzəri;
Əmək haqqı : 800 AZN-dən başlayan əmək haqqı;
İş yeri Sumqayıt şəhərində yerləşir.
Korporativ nömrə verilir.
Nahar şirkət tərəfindən verilir.
Həftədə 5 gün iş günüdür.
Əlaqədar şəxs : Rzayeva Nigar
Əlaqə nömrəsi : 051-207-92-77