İşin təsviri
Tələblər:
- Anbardar vəzifəsində ən az 5 il iş təcrübəsi
- MS Office bilikləri
- Komandada işləmək bacarığı
- Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
İşin təsviri:
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
- Anbardan mal çıxışına nəzarət etmək
- Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
- Malların yüklənilməsi/boşaldılması
- Malların yerdəyişdirilməsini təmin etmək
- Anbardakı malların hesabatlılığının vaxtı vaxtında təmin edilməsi
Əlavə məlumatlar:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən gün ərzində 3 dəfə verilir və müvəqqəti yaşayış yeri ilə təmin olunur
- Əlaqə nömrəsi ilə təminat
İş yeri: Salyan şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Anbardar” qeyd olunmaqla, göndərə bilərlər.