KOS Satışlar Şöbəsinin Aparıcı Mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 20.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq; 
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək; 
  • Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək; 
  • Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək; 
  • SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək; 
  • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək; 
  • Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək; 
  • Görülmüş işlər üzrə hesabatlar vermək;
  • Şöbə müdirinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Təhsil: İqtisadiyyat və ya əlaqədar sahələr üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • Kompyuter biliyi: MS Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: azərbaycan, rus dili bilikləri(ingilis dili üstünlüyünüzdür);
  • Vətəndaş qüsursuzluğu;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı.
  • İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

İşəgötürənin reytinqi