Satış üzrə Kiçik Analitik

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • Əla səviyyədə Excel bilikləri olmalı;
  • Analitik bacarıqlara sahib olmalı;
  • Qiymət təklifi, elektron qaimə, qiymət razılaşdırma protokolu ilə iş təcrübəsinin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması; 
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
  • Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması; 
  • Müştəri narazılıqlarının idarə edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

  • Əmək haqqı: 731-970 AZN;
  • İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);   
  • Servis xidməti.   

Ünvan: Binəqdi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Kiçik Analitik” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.