İşin təsviri
Tələblər:
- Layihənin idarəedilməsi və idarəetmə sahələri üzrə ali təhsil;
- Layihələrinin idarəedilməsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Marketinq proseslərində layihə idarəetməsi təcrübəsi üstünlükdür;
- Rus dili biliyi yaxşı səviyyədə olmalı;
- Layihə İdarəetməsi ilə bağlı beynalxalq sertifikatın olması üstünlükdir.
İş haqqında məlumat:
- Layihələrin icrası üçün müvafiq şöbə rəhbərləri ilə əlaqələr qurumaq;
- Layihənin idarəedilməsi ilə bağlı işləri planlaşdırmaq, o cümlədən son tarixləri təyin etmək;
- Layihə büdcələri, risklər və resurs bölgüsü daxil olmaqla maliyyə məlumatlarını təhlil etmək;
- Rəhbərliyə maliyyə hesabatlarını və büdcə layihələrini təqdim etmək;
- Layihə ilə bağlı işlərə nəzarət etmək və komanda üzvlərinin şirkət standartlarını qoruyaraq öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmələrini təmin etmək;
- Yeni layihə idarəetmə ofisinin siyasətinin və proseslərinin hazırlanması və mövcud layihə idarəetmə ofisi siyasətinin və proseslərinin təkmilləşdirilməsi;
- Layihələrin şirkət standartlarına cavab verməsini, büdcələrə əməl edilməsini və son tarixlərə cavab verməsini təmin etmək üçün davamlı olaraq qiymətləndirilməsi;
- Layihənin yaradılması, icrasın, eləcə də layihənin həcminin, büdcəsinin və əsaslandırılmasının dəqiq sənədləşdirilməsini həyata keçirmək.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " Layihənin idarəedilməsi üzrə mütəxəssis " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.