Keyfiyyətə nəzarət üzrə icraçı mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 16.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə tələblər:

  • Kimya, Qida Mühəndisliyi, Aqronomluq ixtisası və ya buna yaxın sahələr üzrə ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyət təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımı biliklər olmalı;
  • MS Office (xüsusilə Excel) proqramlarında istifadə etməyi bacarmalı;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

Vəzifə öhdəlikləri:

  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
  • Depoda məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
  • Tədarük edilən malların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
  • Tədqiq sonrası hesabat hazırlaması və əlaqədar müəssisə rəhbərinə göndərilməsi;
  • Pərakəndə satış sahəsində Qida Təhlükəsizliyi haqqında qanundan irəli gələn problemləri vaxtında qiymətləndirmək və aradan qaldırılması istiqamətində fəaliyyət göstərməli.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri: Bakı , Sumqayıt, Qaradağ

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə icraçı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi