Kopirayter

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi və portfoliosunun olması; 
  • Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;
  • Araşdırma və AI ilə işləməyi bacarığı;

Vəzifə öhdəlikləri:

  • Press-relizlərin yazılması;
  • Kreativ kontent strategiyaların formalaşdırılması;
  • Marketinq kommunikasiya strategiyasınına əsasən reklam, bloq məqalələri, məhsul təsvirləri, video ssenariləri və sosial media məzmunları daxil olmaqla müxtəlif marketinq materialları üçün yaradıcı və maraqlı mətnlərin hazırlanması;
  • Müştəri məqsədləri, müştəriyə xas “tone of voice” və marketinq strategiyaları ilə uyğun yaradıcı və unikal məzmun ideyaları ərsəyə gətirmək;
  • Aylıq kontent planının hazırlanması;
  • Bazar trendlərini və yenilikləri izləyərək, operativ şəkildə tətbiq etmək.

İş rejimi: Həftənin I-V günləri (ayda bir dəfə şənbə günü naharadək).

Əməkhaqqı: Namizədinin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaq.

Maraqlanan namizədlər “mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə mail ünvanına CV və portfoliolarını göndərərək müraciət edə bilərlər.