Mühasibatlıq bölməsinə Aparıcı mühasib

İşin təsviri

Tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik təhlil qabiliyyəti.

Hansı işləri görəcəksiniz:

  • Bank ödəniş tapşırıqlarının yazılması;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
  • Rüblük hesabatın müəyyən edilmiş müddət çərçivələrində hazırlanması və vergi orqanına təqdim edilməsi, sənədləşmənin tərtib edilməsi və arxivləşdirilməsi;
  • Akkreditiv, kreditlərin götürülməsi və s. bank əməliyyatlarının aparılması;
  • Çıxarışların Logo proqramına işlənməsi  və ayın bağlanması.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təminat;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Namizədlərdən CV-lərini mövzu yerinə vəzifəni qeyd edərək elektron poçtuna göndərmələri xahiş olunur.