Layihələrin idarəedilməsi üzrə menecer

İşin təsviri

Əsas öhdəliklər:

  • PAŞA Technology portfeli daxilində layihələri müxtəlif perspektivlərdən idarə və təhlil etmək (gecikmə səbəbləri və tövsiyələr, hər hansı problemi olan layihələr üzrə layihənin idarəedilməsi tövsiyələri, strategiya ilə müqayisədə layihə vəziyyətinin yoxlanılması və s.).
  • Şirkət siyasətinin hazırlanmasında iştirak etmək – layihənin idarəedilməsi standartları əsasında layihə idarəetmə metodologiyası və alətlərini işləyib-hazırlamaq, nəzərdən keçirmək və ya onlarda hər hansı dəyişiklik etmək və layihənin idarəedilməsi ilə bağlı sənədlərə nəzarət etmək.
  • Daxili müştərilərin (layihə sponsorları, layihə menecerləri və s.) layihə idarəetmə bacarıqlarını inkişaf etdirmək.
  • Layihələrin idarəedilməsi ilə bağlı tədbirləri başlatmaq və bu istiqamətdə müvafiq  workshop-lar keçirmək.
  • Layihələrin verilənlər bazasını idarə etmək və sorğu əsasında tələb olunan hesabat və analitik məlumatları təqdim etmək.
  • Layihələrin izlənməsi və monitorinqini həyata keçirmək.
  • Portfel daxilindəki bütün növ layihələrin başlanması, icrası, bağlanması və layihə-sonrası qiymətləndirilməsi mərhələlərində həmin layihələrlə bağlı məsləhət xidmətləri göstərmək.
  • Müvafiq Layihə İdarəetməsi proseduru və təlimatlarına müvafiq bütün yeniləmələri və düzəlişləri ehtiva edən siyasət hazırlamaq, layihələrin izləməsi və monitorinqini həyata keçirmək, çarpaz funksional layihələrdə iştirak etmək, bütün layihələrin layihə reyestrini aparmaq, digər əlaqəli vəzifə və ya tapşırıqları təyinatı üzrə yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar: 

Təhsil:

  • Ali təhsil.

Tələb olunan bilik, bacarıqlar və təcrübə:

  • İxtisas üzrə iş təcrübəsi – 3-5 il
  • PMP sertifikatı
  • İT/Telekommunikasiya/Verilənlərin İdarə olunması sahələrində layihələrin həyata keçirilməsi üzrə təcrübə;
  • Layihə idarəetmə platformaları ilə işləmək təcrübəsi;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları (MS Word, Excel, PowerPoint, MS Project) ilə işləmə bacarığı
  • Məhsul və bazar haqqında biliklərə üstünlük verilir. 
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq 

Son müraciət tarixi: 08 iyun 2024-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.