Elektrik quraşdırıcısı (elektromobil üçün şarj stansiyaları üzrə)

İşin təsviri

Vəzifə və öhdəliklər:

Şarj stansiyalarının quraşdırılması:

  • Texniki tələblərə və elektrik təhlükəsizlik standartlarına uyğun şəkildə elektromobillər üçün şarj stansiyalarının montajı və quraşdırılması;
  • Şarj modullarının, nəzarət və ölçü cihazlarının və əlaqəli elektrik infrastrukturunun yerləşdirilməsi;
  • Lazımi konstruksiyaların quraşdırılması üzrə işlərin aparılması;

Quraşdırmağa hazırlıq:

  • Elektrik sxemlərinin və texniki sənədlərin təhlil edilməsi;
  • İş sahəsində lazımi ölçmələrin və hesablamaların aparılması;
  • Quraşdırmaq üçün lazımi materialların, kabelin, konnektorların və alətlərin hazırlanması.

Elektrik şəbəkəsinə qoşulma:

  • Elektrik mənbələrindən  şarj stansiyasına elektrik kabellərin çəkilməsi;
  • Bağlayıcılar, elektrik açarları, qoruyucular və qoruyucu cihazlar kimi elektrik komponentlərinin birləşdirilməsi;

Test və tənzimləmə:

  • Elektrik parametrlərinin və şarj stansiyasının sisteminin sınaqdan keçirilməsi;
  • Tamamlanmış elektrik işlərinin tələb olunan parametrlərə uyğunluğunun yoxlanılması;
  • Elektrik bağlantıları ilə bağlı problemlərin həll edilməsi və cihazın optimal işləməsi üçün tənzimlənməsi;

Xidmət və təmir:

  • Şarj stansiyalarına müntəzəm  texniki xidmətin göstərilməsi;
  • Şarj stansiyalarının elektrik sisteminin dioaqnostika edilməsi və nasazlıqların aradan qaldırılması;

Təhlükəsizlik və standartlara uyğunluq:

  • İşlərin yerinə yetirilməsi zamanı bütün elektrik təhlükəsizliyi qaydalarına əməl edilməsi;
  • Təyin olunmuş təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğuna riayət edilməsi.
  • İşəgötürən tərəfindən verilmiş alətlərə, inventarlara, avadanlıqlara qulluq edilməsi, habelə onların uzunömürlü saxlanılması.

Tələblər:

  • Elektrik sahəsi üzrə texniki təhsil, (Ali təhsil üstünlükdür);
  • Minumum 3 il iş təcrübəsi;
  • Dil biliyi Azərbaycan, Rus dili üstünlükdür;
  • Elektrik sistemlərinin və avadanlıqların iş prinsiplərinin başa düşmək;
  • Elektrik alətləri və avadanlıqları ilə işləmə bacarığı.

Xüsusi bacarıqlar:

  • Detallara diqqət və məsuliyyət götürmə bacarığı.
  • Təhsil və peşəkar bacarıqlarını inkişaf etməyə hazır olmaq.
  • Ünsiyyətqurma və komandada işləmə bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük
  • İş saatı:  09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Elektrik quraşdırıcısı (elektromobil üçün şarj stansiyaları üzrə)” yazıb elektron poçt ünvanına göndərin.