Baş tibb bacısı

İşin təsviri

İş barədə:

  • Bölmənin işini təşkil və idarə etmək, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
  • Tibb bacılarının, həkim köməkçilərinin və xadimələrin işinə nəzarət etmək
  • Tabeliyində olan işçi heyətinimaarifləndirilmək və fəaliyyətini qiymətləndirmək
  • Tibb otaqlarının müayinəyə/müalicəyə hazırlanmasını təşkil və təmin etmək
  • Klinika, o cümlədən ümumi inzibati binanın təmizlik işini etmək
  • Sterilizasiya işini təşkil etmək, sterilizasiya otağını nəzarətdə saxlamaq
  • Tibbi anbarı idarə etmək, mal-materialların anbara qəbulunu, çıxışını, uçotunu, bölgüsünü, işlənilməsi, saxlanılmasımüvafiq tələblərə uyğun təmin etmək
  • İşi ilə bağlı müvafiq periodik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
  • İş rejimi: həftənin 6 günü, 09:00 - 19:00
  • Əmək haqqı: namizədin iştəcrübəsindən aslı olaraq razılaşma əsasında
  • Dövrü performans göstəricilərinə uyğun mükafat sistemi

Namizədə tələblər:

  • Sahə üzrəminimum orta ixtisas və ya peşə təhsili
  • Praktik tibb və ya əczaçılıq fəaliyyəti iləməşğul olan şəxslərin sertifikasiyası
  • Sahə üzrəminimum 3 il iş təcrübəsi
  • Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik
  • Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək
  • Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış
  • Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür
  • Əsas MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • İdarəetmə, komandada işləmə bacarığı

Tələblərə uyğun namizədlər CV-lərini “Baş tibb bacısı” başlığı altında e-ünvanına göndərə bilər.

SwissDent tərəfindən digər vakansiyalar