İnzibati işlər üzrə mütəxəssis (internship)

  • ISRA Group MMC
  • Elanın qoyulma tarixi: 01.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ISRA Group MMC  2013-cü ildə yaradılıb və müxtəlif profilli şirkətlərdən ibarətdir. Şirkət Tikinti, İnspeksiya və Sertifikatlaşdırma, Mühəndislik, Memarlıq və Dizayn, Satınalma və s sahələrdə öz xidmətlərini təklif edir.
Isra Group  03.03.2014-cü il tarixindən etibarən şirkətə İnzibati işlər üzrə  mütəxəssis (internship) yığımı elan edir.
Əgər siz yeni karyeraya başlamağı düşünürsünüzsə, bu vakansiya məhz sizlər üçündür. Bu imkan sizlərə kommunikasiya bacarıqlarınızı inkişaf etdirməyə, yeni biliklər əldə etməyə və peşəkar işçi kimi formalaşmağa şans yaradacaq.

İşin məzmunu:

 Gündəlik bütün inzibati işlərin icrası
 Xarici şirkətlərlə yazışmaların aparılması
 Sənədlərin tərcüməsi
 Müdriyyət tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
 İş saatları: 09:00-18:00 həftə içi 5 gün

Namizədə tələblər:

 Yaş 20-28
 Bakalavr diplomu və ya natamam ali təhsil
 Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli
 Kompüterə inamlı istifadəçi kimi sahib olmalı
 Yaxşı kommunikasiya bacarıqları, pozitiv yanaşma

Bu  vakansiya üçün əmək haqqı 150 AZN nəqliyyat xərcləri nəzərdə tutulur, nahar və təlimlər şirkət hesabına olacaqdır.

Nəzərinizə çatdırırıq ki, təklif  müvəqqətidir (2-4 ay).  Lakin bu müddət ərzində namizəd özünü yaxşı tərəfdən göstərsə, ona daimi iş təklif olunacaqdır.

Maraqlanırsınızsa öz CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

ISRA Group MMC tərəfindən digər vakansiyalar