İşin təsviri
İş barədə məlumat:
- Brend məhsullarının potensial müştərilərə təqdim olunması və tanıdılması;
- Ehtiyac müəyyənləşdikdən sonra məhsulların həmin məkanlara göndərilməsinə və yerləşməsinə nəzarətin edilməsi;
- Bütün məhsullar üzrə qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi;
- Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək;
- Məhsulların təslimi və ödəmələri zamanı ortaya çıxan məsələləri həll etmə bacarığı;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların təqdim edilməsi ;
- 6 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00;
- Satış brend saat məhsulları üzrə olacaq;
- Əmək haqqı: 784 AZN Gross + Bonus;
- Korporativ mob.nömrə.
Namizədə tələblər:
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il .
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
- Satış texnikası bilikləri.
- Ofis proqramlarından və sosial şəbəkələrdən istifadə bacarığı.
- 23 - 35 yaş arası .
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi e-mail ünvanına məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.