Tələbə Təcrübəçi

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı

TƏLƏBƏLƏRİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

Kimlər iştirak edə bilər:

• Kollec, universitet və ya digər orta ixtisas və ali təhsil müəssisəsində hazırda tələbə statusu olan;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;

Görəcəyi əsas işlər:

• Kiçik və orta bizneslə məşğul olaraq gəlirlərini özləri yaradan insanlar arasında maliyyə savadlılığının artırılması istiqamətində işləmək;
• Kredit xidmətləri və şərtləri haqqında məlumatlandırma aparmaq;

Kompensasiya və təlim:

• Cəlb ediləcək şəxslərə fəaliyyətləri dövründə işəmusd əsaslarla müvafiq ödəniş ediləcəkdir;
• Cəlb ediləcək şəxslərə müəssisənin mütəxəssisləri aşağıdakılar üzrə təlim keçəcək:
 Kreditlərin faktiki illik faiz dərəcəsinin, effektiv faizlərin hesablanması;
 Müəssisənin kredit məhsulları;
 Kreditin təminatı (zaminlik, girov və s) qaydaları;
 Kreditə uyğunluq kriteriyaları;

Xüsusi qeydlər:

• İş rejimi sərbəstdir və tələbələrin təhsilinə, təhsillə bağlı hazırlığına mane olmamaqla tənzimlənir;
• Müraciət edənlər arasında seçim ediləcəkdir;
• Müraciətlərin (ərizələrin) qəbulu 10 MART 2014-cü il tarixinədək davam edir;
• Müraciətləri göndərmək üçün elektron poçt:      

[email protected] və ya [email protected]

Müraciətləri (ərizələri) ünvanımıza göndərərkən mövzu yerinə "Tələbə Təcrübəçi" yazmağınız xahiş olunur.