Avtomobil satışı üzrə məsləhətçi

İşin təsviri

Şirkət:  Rəsmi avtomobil dileri

Vakansiya:   Avtomobil satışı üzrə məsləhətçi

Vəzifəyə olan tələblər:

- Ali təhsil;
- Güclü kommunikasiya qabiliyyəti;
- Güclü Azərbaycan və rus dilləri biliyi;
- Avtomobillərə maraq;
- Öyrənmək və inkişaf etmək həvəsi;
- Insanlara kömək etmək və faydalı olmaq həvəsi;
- Diqqət və məsuliyyət hissi;
- Sürücülük vəsiqəsi və təcrübəsi;
- MS office proqramlarında iş təcrübəsi.

Əsas vəzifə və öhdəlikləri:

- Təqdim etdiyimiz model sırasının xüsusiyyətlərini öyrənmək;
- Yerli bazardakı rəqib modellərin xüsusiyyətlərini öyrənmək;
- Müştərilərin ehtiyaclarını araşdırıb, onlara seçim etməkdə yardım göstərmək;
- Müvafiq modellər haqda müştərilərə ətraflı məlumat vermək;
- Müştərilər haqda məlumatları toplayıb məlumat bazasına yükləmək;
- Potensial müştərilərlə əlaqə qurmaq;
- Rəhbərliyin tələbilə hesabatlar vermək;
- Tələb olunan sənədləşməni aparmaq.

CV-lərin “SATIŞ MƏSLƏHƏTÇİSİ – AD VƏ SOYAD” mövzusu ilə aşağıdakı e-mail ünvanına göndərilməsi xahiş olunur:

[email protected]