Landşaft texniki

İşin təsviri

Tələblər:

  • Memarlıq üzrə ali təhsil;
  • Peyzaj memarlığı sahəsində təcrübəsi olmalı;
  • MS Office, AutoCad , Audobe Photoshop, Sketchup, 3DMax proqramlarla işləmək bacarığı olmalı
  • İngilis və rus dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Ətraf mühitə uyğun bəzək bitkilərinin seçilməsi;
  • Mövsümə görə seçilmiş bitkilərin əkilməsi;
  • Landşaft dizaynında istifadə olunacaq uyğun materialların seçilməsi;
  • Əkilmiş bitkilərin gübrələmə, budama və suvarılması kimi fəaliyyətlərin planlaşdırılmasında və icrasında landşaft memarına köməklik göstərmək;
  • Torpaq xüsusiyyətlərinin və quruluşunun təşkilinin əlaqələndirilməsi;
  • Müxtəlif bəzək bitkilərinin istehsalı və satışı kimi işlərdə işləmək;
  • Sahə yoxlamaları aparmaqla atılacaq addımları müəyyənləşdirir və işlərini yeniləyir;
  • Ətraf mühitin mühafizəsi tədbirlərini görmək;
  • Ətraf mühitin mühafizəsi məsələləri üzrə məsləhətlərin verilməsi və ətaf mühitə dair hesabatları təhlil edərək risklərə qarşı müvafiq tədbirlər görmək;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.

İş yeri: Dreamland (Bakı şəhəri)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Landşaft üzrə texnik” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi