Baş mühasib

  • FMCG
  • Elanın qoyulma tarixi: 23.04.2024

İşin təsviri

İş şərtlərimiz:

  • Əmək haqqı: 4000 AZN (NET)
  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00. 
  • İş yeri: Bakı şəhəri.

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə); 
  • Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
  • FMCG və ya REATİL sahəsində təcrübə;
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
  • Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
  • PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı olması

Vəzifə öhdəlikləri:  

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • 1C, proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.

Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Baş mühasib” yazaraq elektron poçtuna göndərmələri xahiş olunur.