Aparıcı mühasib

İşin təsviri

Öhdəliklər:

  • Cəmiyyətin Mühasibat uçotunu aparır, o cümlədən baş kitabın və mühasibat balansının tərtib olunaraq baş idarəyə təqdim edilməsində iştirak edir;
  • Dövlət büdcəsinə vergilərin və Dövlət Sosial Müdafiə Fonduna ayırmaların hesablanmasını və ödənişini təmin edir;
  • Mühasibat yazılışlarının gündəlik kompyuterə işlənilməsini və mühasibat uçotunun tam olaraq “1 C” proqram təminatında əks etdirilməsini təmin edir;
  • Cəmiyyətin əmtəə mal-materialların hesabatını hazırlayır;
  • Dövlət büdcəsinə ödənişlərin hesablanması və köçürülməsi, vergilər üzrə hesabatların tərtib və təqdim edir (rüblük, illik, MÖMV və ÖMV bəyannaməsinin);
  • Dövlət sosial fonduna sosial ayırmaların hesablanması, köçürülməsi və hesabatları təqdim edir (Rüblük, illik - B1və B3 hesabatları);
  • Dövlət Statistika İdarəsinə hesabataları təqdim edir (Aylıq və illik, 4 əmək, 1 istehsal illik);
  • Gündəlik sürücülərin təmir, cərimə aktlarını və sair borclarını işləyir;
  • Gündəlik təqdimatlara əsasən sürücülərdən azalmaların hesabatını hazırlayır;
  • Gündəlik bank hesablarına mədaxil və məxaric olan ödəmələrin kompüter proqramına daxil edir;
  • Pul vəsaitlərinin əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkdaşların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergi və digər ödənişlər üzrə köçürmələri həyata keçirir;
  • Sığorta şirkətləri ilə hesablaşmaların və daxil olan pul vəsaitlərinin    uçotunun aparır;
  • Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə cəmiyyətin balansında olan   əsas vəsaitlərin, öhdəliklərin, hesablaşmaların və sair maddi sərvətlərin    invertarizasiyanın aparılmasını təşkil edir;
  • Mədaxil olan və məxaric edilən nəğd pul vəsaitinin uçotunu, müvafiq mühasibat uçotu hesabları üzrə əks etdirilməsini təmin edir;
  • Cəmiyyət tərəfindən alınmış mal-material qiymətlərinin mühasibat uçotu üzrə mədaxilə alınması və müvafiq qaydada məxaric edilməsi ilə bağlı  müvafiq mühasibat müxabirləşmələrini verir.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş qrafiki 
  • Əmək haqqı müsabiqə əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq 22.05.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: 055 211 1665

Azinvest İnşaat tərəfindən digər vakansiyalar