Layihə Rəhbəri

  • Azinvest İnşaat
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;

Tələblər:

  • İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Otel və  istirahət kompleksi, bina tikintisində Rəhbər iş təcrübəsi
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
  • MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Bizim təminatımız:

İş yeri: Qarabağ İqtisadi Rayonu

Əmək haqqı: (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Layihə rəhbəri ” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur. 

Azinvest İnşaat tərəfindən digər vakansiyalar