Mal - Material üzrə Mühasib

İşin təsviri

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilməli,rus dili arzuolunandır;  
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq;
  • Komandada işləmək bacarığı;

Öhdəliklər:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
  • 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
  • Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması;
  • Kreditorlarla üzləşmələrin aparılması;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.

İş Şərtləri:

  • Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
  • 5 günlük iş həftəsi (saat 10:00-19:00)
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
  • İş yeri şəhərin mərkəzində yerləşir.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Mal-Material üzrə Mühasib mövzusu altında elekton ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi