Baş mühasib

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit);
  • Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə biliklər;
  • Maliyyə sahəsində beynəlxalq sertifikatların olması;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və ya Rus dili (arzuolunandır);

Vəzifə funksiyaları:

  • Agentlik tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil etmək və ona nəzarət etmək;
  • Uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək;
  • Xərclər smetasının hazırlanmasını təşkil etmək;
  • Bütün növ maliyyə hesabatlarını hazırlanmaq və müəyyən edilmiş müddət ərzində təqdim etmək;
  • Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında Agentliyin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Debitor və kreditor borcların uçotunun aparılmasına, kreditor və debitorlar ilə üzləşmələrin aparılmasına nəzarət etmək;
  • Kənar auditorun sorğuları üzrə sənədləri hazırlamaq və təqdim etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;

E-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd edilməsi mütləqdir.

Tələblərə uyğun namizədlər məlumatlarını (CV) 30 aprel 2024-cü il tarixinədək e-poçtuna göndərə bilərlər.

Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən digər vakansiyalar