Satış meneceri

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin  istehsal etdiyi məhsulların satışını təşkil etmək;
  • Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
  • Təyin olunmuş satış planlarının icrası;
  • Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
  • Müştərilərdən ödənişlərin toplanmasına nəzarət etmək;
  • Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
  • Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;
  • Ümumi satış hədəfi tələblərini yerinə yetirmək;
  • Yüksək səviyyədə müştəri xidmətini təmin etmək;
  • Gündəlik, həftəlik və aylıq satış analizi aparmaq, satış hədəflərini təyin etmək və hesabat hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Satış sonrası müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
  • Satış strategiyasını hazırlamaq, strateji planlaşdırmada iştirak etmək;
  • Satış həcminin artırılması yönündə təkliflər vermək;
  • Bazar araşdırması edib, potensial müştəriləri müəyyən və cəlb etmək;

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Satışları təhlil etmək bacarığı;
  • Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
  • İnkişafa meyilli,öz üzərində işləyən;
  • Rus və ingilis dil biliklərinin üstünlüyü
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
  • Yaş həddi 20-40 arası
  • Şəxsi avtomobil olması ( yanacaqla təmin olunma)
  • Tekstil sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Digər məlumatlar:

  • iş saatları: 09:00-dan 18:00-dək; Ofis Bakı şəh., Binəqədi rayonu;
  • 6 günlük iş qrafiki; şənbə günü qısaldılmış;
  • Əmək haqqı:  1000 AZN NET (bonus olacaq)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış meneceri" adını qeyd edərək elektron ünvanına göndərmələri xahiş olunur.

Kale Tekstil tərəfindən digər vakansiyalar