Mühasib

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil, Maliyyə-mühasibatlıq sahəsində;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili yaxşı bilmək;
  • Təcrübə: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Komputer bilikləri: MS Excel və 1C proqramında işləmə təcrübəsi;
  • Şəxsi keyfiyyətlər: Məsuliyyət, düzgünlük və detallara qarşı diqqətlilik;
  • Üstünlüklər: F3 Beynalxalq sertifikatı (arzuolunandır); 

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu haqqında ilkin bilikləri;
  • Şirkət daxili muhasibat sənədləşməsinin, sənədlərin arxivləşmənin düzgün aparılmasına, alt sənədlərin hesabatlara düzgün işlənməsinə və yerində qruplaşmasına nəzarət etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasında, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsində iştirak etmək və proseslərə nəzarət etmək;
  • Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
  • Debitor və Kreditor şirkətlərlə rekonsiliasiyanın aparılması.

İmtiyazlar: 

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi.

İş vaxtı: 5/2, 09:00-18:00;

Əmək haqqı: 800 azn (net).

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 11 mərtəbə;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.