Hüquqşünas (Zərərlərin tənzimlənməsi ofisi)

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin (məktub, ərizə, müqavilə və.s) tərtib edilməsi;
  • Şirkəti üçüncü şəxslər, məhkəmələr və dövlət orqanlarında təmsil etmək;
  • Məhkəmə işləri ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
  • Məhkəmə işlərinin reyestri aparmaq;
  • Məhkəmə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
  • Fəaliyyət göstərdiyi sahə üzrə qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
  • Zəruri hallarda fəaliyyət göstərdiyi sahə ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır;
  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);

Namizədə tələblər:

  • Ali hüquq təhsili;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
  • Hüququn mülki, əmək sahələrini və məhkəmə təcrübəsi olan sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər arzuolunandır;
  • İş təcrübəsi: Müvafiq sahədə olanlara üstünlük verilir;
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)