İctimaiyyətlə əlaqələr şöbəsinə aparıcı/baş məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (jurnalistika və filologiya istiqamətində olması arzuolunandır);
  • İctimaiyyətlə əlaqələr sahəsində 3 ildən az olmayaraq əmək stajı;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
  • Müvafiq məlumatların (press-reliz/xəbər/məqalə/müsahibə/hesabatlar və s.) yazılması, strategiya, hesabat və digər sənədlərin hazırlanması bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər.

Görəcəyiniz işlər: 

  • İcbari tibbi sığorta sistemi ilə bağlı informasiya materiallarının (press-reliz, müsahibə, məqalə, açıqlama, təkzib və s.), çap məhsullarının (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması və redaktəsi;
  • Müxtəlif tədbirlər üçün Agentliyin fəaliyyətindən irəli gələn məsələlərlə bağlı təqdimat və çıxışların hazırlanması;
  • Mediadan daxil olan informasiya sorğularının cavablandırılması
  • Sosioloji sorğuların keçirilməsi işinin təşkili, hesabatların təhlil və nəticələrə əsasən yoxlanılması;
  • Materiallara analitik yanaşma, mətnlərin məntiqi təhlil edilməsi, yarana biləcək risklərin müəyyənləşdirilməsi, ictimai rəyin maraqlarının qiymətləndirilməsi;
  • İctimaiyyətlə əlaqələr sahəsi üzrə yeni imkanlar barədə beynəlxalq təcrübənin öyrənilməsi, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma sahəsində araşdırmaların aparılması və iş prosesində tətbiq edilməsi;
  • Departamentin illik fəaliyyəti və icra etdiyi strategiyaların icra vəziyyəti barədə hesabatların hazırlanması;
  • İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy 170

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 26.04.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.